Benzema La Liqanın tarixinə düşdü

La Liqanın 6-cı turunda “Malyorka” ilə matç “Real”ın futbolçusu Kərim Benzema üçün əlamətdar olub. 

Newsport.az xəbər verir ki, 33 yaşlı hücumçu sözügedən oyunda dubl edib. Bununla da Benzema yerli çempionatda 200-cu qolunu vurub. Beləliklə, fransalı oyunçu La Liqada 200 qol həddinə çatan 10-cu futbolçu olub.  

Qeyd edək ki,  Benzema 2009-cu ildən Madrid təmsilçisində oynayır. 

Əlavə edək ki, “Real” – “Malyorka” görüşü “kral klubu”nun 6:1 hesablı qələbəsi ilə başa çatıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right