"Bu, təəssüf ki, gülüncdür" Qvardioladan tənqid

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərədə icazə verilən əvəzetmələrin sayını sərt şəkildə tənqid edib.

Newsport.az "Mirror"a istinadən xəbər verir ki, o, əvəzetmələrinin sayının 5-ə yüksəlməli olduğunu deyib: "Dünyadakı komandaların beş əvəzetmə imkanı var və bizdə hələ də yalnız üç əvəzetməyə icazə verilir. Qrafikin sıx olduğunu nəzərə alsaq, bu, təəssüf ki, gülüncdür. Bu səbəbdən çoxlu zədələr var. Niyə? Çünki beş oyunçu dəyişdirmək imkanımız yoxdur.

Dünyada hər kəs futbolçuları, sağlamlıqlarını mümkün qədər savadlı bir şəkildə istifadə etmək üçün çalışır. Üç əvəzetməmiz var və hər üç gündəndə bir matça çıxırıq. Hazırlaşmaq mümkün deyil".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah