"Yuventus"dan ilk qalibiyyət

"Yuventus" İtaliya A seriyasında növbəti oyuna çıxıb.

Newsport.az xəbər verir ki, Turin klubu 5-ci turda səfərdə "Spezia" ilə qarşılaşıb. Matç qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu, "Yuventus"un 2021/2022 mövsümündən ölkə çempionatında ilk qalibiyyəti olub.

"Spezia" -"Yuventus" - 2:3
Qollar: 
Kin, 28 (0:1), Qyasi, 33 (1:1), Antiste, 49 (2:1), Kyeza, 66 (2:2), De Liqt, 72 (2:3)

Bu qələbə ilə xalını 5 yüksəldən Massimiliano Alleqrinin komandası turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Siyahıya 13 xalla "İnter" başçılıq edir.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right