"Beşiktaş"da zədə kabusu: hücumçu da sıradan çıxdı

Türkiyənin "Beşiktaş" klubunun hücumçusu Miçi Batşuayi zədələnib.

 

Newsport.az xəbər verir ki, belçikalı forvard Super Liqanın 6-cı turunda "Adana Dəmirspor"la oyunda (3:3) sıradan çıxıb. Dizindən xəsarət alan 27 yaşlı qolçu sentyabrın 24-ü "Altay"la qarşılaşmada komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Beşiktaş"da Domaqoy Vida, Mehmet Topal, Necip Uysal, Kevin Knudu, Aleks Teyşeyra, Rəşid Qezzal zədəli, Valentin Rozyer isə cəzalı durumdadı.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah