PSJ-nin ehtiyat planı

PSJ rəhbərliyi Zinəddin Zidanı komandanın baş məşqçisi vəzifəsinə təyin etmək variantını nəzərdən keçirir. 

Newsport.az xəbər verir ki, bu barədə "El Chiringuito TV" məlumat yayıb. Bildirilib ki,  Maurisio Poçettino istefaya göndəriləcəyi təqdirdə, fransız mütəxəssisin namizədliyi Paris təmsilçisinin rəhbərlərinin ehtiyat planıdır. Komanda pis oyun göstərməyə başlayarsa, klub argentinalı çalışdırıcı ilə yolları ayırmağa hazır olacaq.

Xatırladaq ki, Poçettino 2021-ci ilin yanvarından Paris klubunu çalışdırır. Onun rəhbərliyi altında komanda Fransa kubokunu və superkuboku qazanıb.

Əlavə edək ki, Zidan may ayından indiyə kimi işsizdir. O, ötən mövsümün sonunda "Real"dan ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right