Mario Balotelli Sərgən Yalçının cavabını meydanda verdi

Türkiyə Super Liqasının 6-cı turunda keçirilən "Beşiktaş" - "Adana Dəmirspor" matçında maraqlı hadisə yaşanıb.

 

Newsport.az xəbər verir ki, qonaqların hücumçusu Mario Balotelli 79-cu dəqiqədə qol vurduqdan sonra etdiyi hərəkətlə diqqət çəkib. O, rəqib komandanın baş məşqçisi Sərgən Yalçına tərəf qaçıb və beyninin olduğunu nümayiş etdirən jest edib.

 

İtaliya millisinin keçmiş futbolçusunun bu hərəkətindən sonra ara qarışıb və hücumçuya sarı vərəqə göstərilib.

 

2013-cü ildə Sərgən Yalçın qatıldığı verilişlərin birində Mario Balotellinin beyinsiz olduğunu və komandasında belə bir futbolçunu görmək istəmədiyini bildirmişdi. Uzun illərdən sonra Balotelli mütəxəssisin cavabını vurduğu qolla verib.

 

Qarşılaşmada isə qalib müəyyənləşməyib - 3:3.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right