"Sevilya" artıq çəkisi olan futbolçunun müqaviləsini ləğv etdi

İspaniyanın "Sevilya" klubu müdafiəçi Joris Qnaqnonla yollarını ayırıb.

 

Newsport.az xəbər verir ki, La Liqa klubu 24 yaşlı futbolçunun müqaviləsini intizamsız davranışlarına və fiziki durumuna görə ləğv edib. Belə ki, fransalı mərkəz müdafiəçisinin çəkisi 100 kq-dan artıq olub.

 

Qeyd edək ki, "Sevilya" Qnaqnonu 2018-ci ildə Fransanın "Renn" klubundan 13,5 milyon avroya transfer etmişdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right