Namik Ələskərovun yeni baş məşqçisi açıqlandı

Türkiyənin "Bursaspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Newsport.az xəbər verir ki, I Liqa təmsilçisi bu posta Özcan Bizatini gətirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bursa təmsilçisi 53 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalayıb.

 

Özcan Bizati 2 gün əvvəl istefaya göndərilən Fatih Tekkeni əvəz edib.

 

Qeyd edək ki, Azərbaycan milli komandasının üzvü Namik Ələskərov "Bursaspor"da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right