Poqbanı paltardəyişmə otağına sürüyərək apardı

"Mançester Yunayted"in Premyer Liqanın 5-ci turunda "Vest Hem"lə matçından (2:1) sonra qəribə hadisə baş verib. 

Newsport.az goal.com-a istinadən xəbər verir ki, görüşün ardından "qırmızı şetanlar"ın futbolçusu Pol Poqba ilə rəqib komandanın azarkeşləri arasında mübahisə yaşanıb. Tərəflər bir-birlərini təhqir ediblər. Həmin an "Mançester Yunayted"in keçmiş oyunçusu Maykl Karrik Poqbanın qolundan tutub, onu sürüyərək paltardəyişmə otağına aparmağa çalışıb. Hətta bu vaxt Poqba ağzını açaraq "Vest Hem"in azarkeşlərinə tərəf baxıb. Karrik isə ona deyib: "Bu lənətə gəlmiş ağzını bağla!"

Həmin anların videogörüntüsünü təqdim edirik:





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right