Pirlo əsas namizəddir

"Barselona"da baş məşqçi Ronald Kuman istefaya göndəriləcəyi təqdirdə, onun yerinə yeni namizədlər müəyyənləşib. 

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub prezidenti Joan Laporta "Yuventus"un sabiq çalışdırıcısı Andrea Pirlonu bu vəzifəyə əsas namizəd hesab edir. Ancaq Pirlodan başqa komandanın baş məşqçisi olmaq üçün daha bir neçə namizəd də var. Onlar arasında Antonio Konte, Fillip Koku və Xavi də yer alır. 

Qeyd edək ki, Ronald Kuman 2020-ci ildən "Barselona"nı çalışdırır. Komanda ötən mövsüm onun baş məşqçiliyi altında İspaniya kubokunu qazanıb və La Liqada 3-cü yeri tutub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right