Türkiyə millisinin yeni baş məşqçisi Ştefan Kunts yığmaya təyinatı haqqında fikirlərini bölüşüb.
Newsport.az-ın məlumatına görə, 59 yaşlı mütəxəssis təqdimat mərasimində deyib:
"Norveçlə DÇ-2022-nin seçmə oyununa sürətlə hazırlaşacağıq. Bütün diqqəti oyunumuza yönəldəcəyik".
Kunts Türkiyə Futbol Federasiyasının (TFF) İcraiyyə Komitəsinin üzvü və Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntopun onunla əlaqə saxladığını bildirib: "Bunun üçün qurur duydum. Məşhur və uğurlu türkiyəli baş məşqçinin ardından bu posta gəldiyim üçün xoşbəxtəm. İşin böyük hissəsi bundan sonra başlayır".
Qeyd edək ki, Kunts ilə 3 illik müqavilə imzalanıb.