Quardiola Mahrez və Qrilişlə niyə mübahisə edib?

“Mançester Siti”nin baş məşqçisi Xosep Quardiola Çempionlar Liqasının 1-ci turu çərçivəsində “Leypziq”ə (6:3) qarşı keçirilən görüşün gedişində Riyad Mahrez və Cek Qrilişlə kiçik mübahisəsi haqda danışıb.

Newsport.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis müdafiədəki problemlərdən narazı olduğuna görə futbolçulara qışqırdığını bildirib:

“Fasilədə onlara nə etmək lazım olduğunu dedim. Ancaq onlar bunu etmədi. Mübahisələr olur, normaldı. Rəqib əks-hücumlara yaxşı çıxırdı. Vəziyyəti idarə etmək çətin idi. Məhz buna görə də onlara göstərişlər verirdim".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right