Ronaldo Mançesterdə evini dəyişdi

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo Mançesterdəki mənzilini dəyişib. 

Newsport.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Bildirilib ki, İngiltərəyə qayıdan portuqaliyalı hücumçu əvvəlcə şəhərin şimal hissəsində yerləşən lüks bir malikanəyə yerləşib. Ancaq bir neçə gündən sonra hücumçu və ailəsi yeni mənzil axtarmalı olub.

Ronaldo qeyri-adi səbəbdən başqa evə köçmək qərarına gəlib. Mənzilin yaxınlığında qoyun fermasının olması 36 yaşlı oyunçunun xoşuna gəlməyib. Bu heyvanların səsi Kriştianonun yatmasına mane olub.

"Ev dağlıq tarlalar və meşələr arasında yerləşir. Yaxınlıqda bir təsərrüfat var və orada yetişdirilən qoyunlar xüsusilə səhər saatlarında səs -küy salmağı sevirlər. İkinci səbəb təhlükəsizlikdir.  Evin  yaxınlığından ictimai piyada yolu keçir.

Ronaldonun oyundan sonra istirahətə və sağlamlığa çox diqqət yetirən əsl peşəkar olduğuna görə evini dəyişdirməyə qərar verib".

Futbolçunun yeni evi Çeşirdə yerləşir. Malikanənin üzgüçülük hovuzu, kinoteatr otağı və dörd avtomobil üçün qarajı var.

Xatırladaq ki,  Ronaldo bu mövsüm "Mançester Yunayted"də 2 oyun keçirib və 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right