"Messi, Mbappe və Neymar birlikdə PSJ -nin hücumunu zəiflədir"

“Real”ın sabiq futbolçusu Maykl Ouen Lionel Messinin PSJ-yə transferindən sonra Paris klubunun oyunu ilə bağlı fikirlərini bölüşüb. 

Newsport.az “Daily Mail”ə istinadən xəbər verir ki, 41 yaşlı keçmiş hücumçu Messi Neymar və Kilian Mbappe ilə birlikdə çıxışının komandanın hücum xəttinin zəiflətdiyini deyib: 

“Əlbəttə ki, hamımız PSJ-yə heyranıq. Xüsusilə,  hücumları - Messi, Mbappe və Neymara. Hamısı özünəməxsus, güclü oyunçulardır. Amma hər üçü birlikdə oynayanda komandanın hücumunu zəiflədirlər. PSJ-nin niyə bu mövsüm Çempionlar Liqasının favoritləri arasında olduğunu anlamıram. Mən İngiltərə  komandalarının daha güclü olduğuna inanıram”. 

Qeyd edək ki, Messi ötən ay PSJ ilə 2+1 illik müqavilə imzalayıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah