Qvardiola Mahrez və Qrilişə niyə qışqırıb?

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Leyptsiq"lə matçda (6:3) futbolçuları Riyad Mahrez və Cek Qrilişə qışqırmasının səbəbini açıqlayıb.

Newsport.az xəbər verir ki, o, "BT Sport"a müsahibəsində futbolçuların müdafiədəki hərəkətlərindən narazı olduğu üçün bu addımı atdığını deyib: “Fasilə ərzində nə edəcəyimizi danışdıq, amma etmədilər. Mübahisələr baş verir. Rəqib  sürətli əks -hücumlar etdi. Vəziyyəti idarə etmək bizim üçün çətin idi".

Qeyd edək ki, Mahrez və Qriliş sözügedən görüşdə qol vurublar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right