Konfrans Liqası: “Kayrat” “Omoniya” ilə üz-üz Yenilənir

Bu gün Avropa Konfrans Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulacaq. Newsport.az xəbər verir ki, 8 qrup üzrə ümumilikdə 14 oyun keçiriləcək.
 
Günün ilk oyunu Azərbaycan təmsilçisi "Qarabağ"ın yer aldığı H qrupunda olacaq. Qazaxıstan "Kayrat"ı Kiprin "Omoniya" komandasını qəbul edəcək. Ağdam klubu isə Bakı Olimpiya Stadionunda İsveçrə "Bazel"i ilə üz-üzə gələcək.
 
A və E qruplarında ilk oyunlar sentyabrın 14-də keçirilib. İsrailin "Makkabi" (Təl-Əviv) klubu evdə Ermənistan "Alaşkert"ini darmadağın edib - 4:1. Hayfa "Makkabi"si isə Niderland "Feyenoord"u ilə heç-heçə edib – 0:0.
 
Avropa Liqası
Qrup mərhələsi
16 sentyabr
 
A qrupu
 
20:45. HJK (Finlandiya) - LASK (Avstriya)
 
B qrupu
 
20:45. "Flora" (Estoniya) - "Gent" (Belçika)
23:00. "Anortosis" (Kipr) - "Partizan" (Serbiya)
 
C qrupu
 
23:00. "Bodo Qlimt" (Norveç) - "Zarya" (Ukrayna)
23:00. "Roma" (İtaliya) – ÇSKA (Sofiya, Bolqarıstan)
 
D qrupu
 
23:00. "Randers" (Danimarka) - “Alkmaar” (Niderland)
23:00. "Yablonets" (Çexiya) - “ÇFR Kluj” (Rumıniya)
 
E qrupu
 
20:45. "Slaviya" (Praqa, Çexiya) - "Union Berlin" (Almaniya)
 
F qrupu
 
20:45. "Linkoln" (Cəbəllütariq) - PAOK (Yunanıstan)
20:45. "Slovan" (Bratislava, Slovakiya) - "Kopenhagen" (Danimarka)
 
G qrupu
 
20:45. "Mura" (Sloveniya) - "Vitess" (Niderland)
20:45. "Renn" (Fransa) - "Tottenhem" (İngiltərə)
 
H qrupu
 
18:30. "Kayrat" (Qazaxıstan) - "Omoniya" (Kipr)
20:45. "Qarabağ" (Azərbaycan) - "Bazel" (İsveçrə)




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right