“Hələ də inana bilmirəm, sanki yuxu görürəm”

“Ayaks”ın hücumçusu Sebastyan Haller Çempionlar Liqasının ilk turunda Portuqaliyanın “Sportinq”  klubu ilə oyundan (5:1) sonra fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, bu qarşılaşmada 4 qol vuran futbolçu komandasının möhtəşəm oyun sərgilədiyini söyləyib: “Hələ də inana bilmirəm, sanki yuxu görürəm. Çox xoşbəxtəm və bu gün bundan zövq almağa çalışacağam. Çox emosional olmamağa çalışdım, amma belə matçlarda oynamaq bir xəyaldır. Diqqətimi işimə yönəltmişəm. Bu gün bütün bunlara görə komanda yoldaşlarıma təşəkkür edirəm. Komandamız əla oynadı”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right