“Xetafe”dən ardıcıl dördüncü məğlubiyyət

Futbol üzrə İspaniya La Liqasında 4-cü tura yekun vurulub. Newsport.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
 
Əvvəlki üç oyunundan məğlub ayrılmış “Xetafe”, bu dəfə də evdə “Elçe”yə uduzub. Üç qolun qeydə alındığı “Qranada” – “Betis” matçı da qonaqların qələbəsiylə yekunlaşıb.
 
Turun “Vilyarreal” – “Alaves” və “Sevilya” – “Barselona” matçları isə təxirə salınıb.
 
İspaniya La Liqası
4-cü tur
11 sentyabr
 
Levante – Rayo Valyekano 1:1
Qol: Marti, 39-pen – Qvardiola, 90+2.
 
Atletik – Malyorka 2:0
Qol: Vivian, 68. Uilyams, 74.
 
12 sentyabr
 
Espanyol – Atletiko 1:2
Qol: De Tomas, 40 – Karrasko, 79. Lemar, 90+9.
 
Osasuna – Valensiya 1:4
Qol: Monkayola, 8 – M.Qomes, 26. A.Hernandes, 51-öz qapısına. Quedes, 55. Alderete, 73.
 
Kadis – Real Sosyedad 0:2
Qol: Oyarzabal, 71; 84-pen.
 
Real – Selta 5:2
Qol: Benzema, 24; 46; 87. Vinisius, 54. Kamavinqa, 72 – Mina, 4. Çervi, 31.
 
13 sentyabr
 
Xetafe – Elçe 0:1
Qol: L.Peres, 69.
 
Qranada – Betis 1:2
Qol: L.Suares, 66 – Rodri, 45+2. Kanales, 89.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah