Duşan Kerkez: "Azarkeşlər tərəfdən bizə qarşı xoşagəlməz hadisə olmadı"

Konfrans Liqasının üçüncü təsnifat mərhələsində keçirilən “Qarabağ” – AEL (Limassol) matçından sonra mətbuat konfransı təşkil edilib.

Newsport.az xəbər verir ki, Limassol təmsilçisinin baş məşqisi Duşan Kerkez öncə matçla bağlı bunları deyib:

“Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. Oyunçularımı əzmkarlığa görə təbrik edirəm. Nəticə məni razı sala bilməz. Sadəcə gəldiyimiz yerdən razıyam. Bu onu göstərir ki, komandamız özündən 5-6 dəfə çox böyük büdcəyə malik komanda ilə bacara bilir. Stadiondakı azarkeşlərin yaratdığı atmosferdən razıyam. 

- Mərhələ keçə bilməməyiniz faciədi, yoxsa normal qarşılayırsınız? 
- Atmosfer yaxşı deyil. Mərhələ adlaya biləmişik. Rəqibmizə hörmətlə yanaşırıq. Amma biz hər oyuna meydana qələbə üçün çıxırıq. Bir neçə gün vaxtımız var analiz üçün.

- Nəyə görə rus dilində salam verirsiz? Axı biz türkmənşəli ölkəyik...
- Dostum, mən Yuqoslaviyadanam. Öz dilimdə salam vermək istədim. 

- Larnakadakı oyunu təkrarlaya bilmədiniz. Bunun səbəbi təzyiq altında oynamağınız idi, yoxsa “Qarabağ” imkan vermədi buna?
- Öz oyunumuzu göstərə bimədik. Amma meydançanın vəziyyəti həm bizim, həm də “Qarabağ”ın istədiyi oyunu göstərməsinə mane oldu. Daha çox fiziki mübarizə getdi. Mən də daxil olmaqla “Qarabağ” bizdən təcrübəli komandadı. Analiz üçün vaxtımız olacaq. 

- Kiprdə Qurban Qurbanova qarşı olan təxribata münasibətiniz necədi? Bugünki gündə sizə qarşı bu cür təxribat olsaydı, reaksiyanız necə olardı?
- Qurban Qurbanovun “Qarabağ”da 13 illik ildönümü idi. Buna görə onu təbrik edirəm, bu böyük nailiyyətdi. Aru edərdim ki, bir çox komandalarda belə ənənə olsun. Geriyə baxmağı xoşlamayan biriyəm, amma futbolda emosialar olur. Təbii ki, baş verənləri yaxşı qarşılamıram. Amma siyasət və idmanı qarışdırmaq istəmirəm. Bu gün sona 5 dəqiqə qalmış qol buraxdıq, emosialar yaşadıq. Ancaq azarkeşlər tərəfdən bizə qarşı xoşagəlməz hadisə olmadı. On görə də rahat idik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right