"Zenit" italiyalı hücumçu üçün 30 milyon təklif etdi

"Zenit" hücum xəttini gücləndirmək üçün hərəkətə keçib.

 

Newsport.az-ın məlumatına görə, Rusiya çempionu "Torino"nun futbolçusu Andrea Belottini heyətinə qatmaq istəyir. Sankt-Peterburq təmsilçisi İtaliya millisinin üzvü üçün Turin klubuna 30 milyon avro təklif edib. Tərəflərin tezliklə razılığa gələcəyi gözlənilir.

 

İtaliya millisi ilə Avropa çempionu olan 27 yaşlı hücumçu 2015-ci ildə "Palermo"dan "Torino"ya keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right