"Yuventus" karantinə alındı

"Yuventus"un futbolçusu Hamza Rafiya koronavirusa yoluxub.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, bu səbəbdən komanda karantinə alınıb. Bildirilib ki, testləri mənfi olan oyunçular məşq edə biləcək, ancaq qrup xaricində heç kimlə əlaqə saxlamayacaq.

Xatırladaq ki, "Yuventus" 2021/2022 mövsümü başlamazdan əvvəl "Monza" ilə yoxlama oyunu keçirməli idi. Görüş iyulun 31-nə təyin edilib. Baş verənlərdən sonra matçın keçirilib -keçirilməyəcəyi dəqiqləşdirilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right