"Çelsi" "Sevilya"dan müdafiəçi alacaq

“Çelsi” “Sevilya”nın futbolçusu Julye Kundeni transfer etmək üçün qarşı tərəflə danışıqlara başlayıb.

Newsport.az-ın məlumatına görə, London təmsilçisi fransalı oyunçu üçün İspaniya klubuna 35 milyon avro və Kurt Zumanı təklif edib.

Kunde Çempionlar Liqasında çıxış etmək üçün “Tottenhem”dən gələn təklifdən imtina etmişdi. 2019-cu ildən “Sevilya”da çıxış edən Fransa millisinin üzvü bu kluba “Bordo”dan keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right