"Trabzonspor"un hücumçusu "Cenoa" yolunda

"Trabzonspor"un hücumçusu Çaleb Ekuban karyerasını İtaliyada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, qanalı hücumçu "Cenoa" ilə uğurlu danışıqlar aparıb. Genuya təmsilçisi bu keçid üçün "bordo-mavililər"ə 2,2 milyon avro təklif edib. Klublar arasında transferin detalları müzakirə edilir.

"Trabzonspor" 27 yaşlı hücumçunu 2019-cu ildə "Lids"dən 1 milyon avroya transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right