"Olimpiakos" Bakı səfərindən əvvəl ciddi problemlərlə üzləşib

Yunanıstanın "Olimpiakos" klubu Bakıda "Neftçi"yə qarşı keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçından əvvəl ciddi problemlərlə üzləşib.

Newsport.az "Fosonline" nəşrinə istinadən xəbər verir ki, Afina təmsilçisinin baş məşqçisi Pedro Martins 1:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra karyerasında ən çətin 72 saat yaşadığını söyləyib.

Yussef əl-Ərabi, Sokratis Papastatopulos və Yussuf əl-Ərəbi qarşılaşmadan bir neçə saat əvvəl sıradan çıxıb. Kapitan Andreas Buxalakis "Neftçi" ilə oyunun 17-də dəqiqəsində zədələnib, Məhəmməd Kamara isə 43-cü dəqiqədə Namik Ələskərova qarşı kobud oynadığı üçün meydandan qovulub.

"Olimpiakos"un heyətində Əl-Ərabi matçdan əvvəl koronavirusa yoluxub, Papastatopulos isə onunla təmasda olduğunda karantinə alınıb. Papastatopulosun Bakıdakı matçda meydanda olması üçün testi neqativ çıxmalıdır.

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" matçı saat 21:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right