Konfrans Liqasında ilk oyunlar yekunlaşdı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.Newsport.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçilərindən “Sumqayıt” artıq ilk matçını keçirib. “Kimyaçılar” səfərdə Serbiyanın “Çukariçki” komandası ilə qolsuz heç-heçəyə razılaşıb.

Azərbaycanın digər təmsilçiləri – “Qarabağ” və “Keşlə” isə bu gün meydana çıxıb. “Qarabağ” doğma meydanda İsrailin “Aşdod” komandası ilə heç-heçəyə razılaşıb. “Keşlə” isə səfərdə Rusiya “Soçi”sinə böyük hesabla uduzub.

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Neftçi”yə uduzan Tiflis “Dinamo”su (Gürcüstan) İsrailin “Makkabi” (Hayfa) komandasını qəbul edib. Gürcüstan çempionu yenə eyni hesabla uduzub. “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi Belarus “Şaxtyor”u da Lüksemburq “Fola”sına məğlub olub.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi
20 iyul

Domjale (Sloveniya) – Honka (Finlandiya) 1:1
Kauno Jalgiris (Litva) – TNS (Uels) 0:5
Priştina (Kosovo) – Konnah (Uels) 4:1
Folqore (San Marino) – Hibernians (Malta) 1:3

21 iyul

Çukariçki (Serbiya) – Sumqayıt 0:0

22 iyul

Ararat (Ermənistan) – Şlensk (Polşa) 2:4
Astana (Qazaxıstan) – Aris (Yunanıstan) 2:0
Paneveys (Litva) – Voyvodina (Serbiya) 0:1
Molde (Norveç) – Servette (İsveçrə) 3:0
Olimpiya (Lyublyana, Sloveniya) – Birkirkara (Malta) 1:0
Avstriya (Vyana, Avstriya) – Breydablik (İslandiya) 1:1
Qarabağ – Aşdod (İsrail) 0:0
RFS (Latviya) – Puşkaş Akademiya (Macarıstan) 3:0
Soçi (Rusiya) – Keşlə 3:0
KuPS (Finlandiya) – Vorskla (Ukrayna) 2:2
Düdelanj (Lüksemburq) – Bohemians (İrlandiya) 0:1
Dinamo (Tiflis, Gürcüstan) – Makkabi (Hayfa, İsrail) 1:2
Hammarbü (İsveç) – Maribor (Sloveniya) 3:1
Elfsborq (İsveç) – Milsami (Moldova) 4:0
Kopenhagen (Danimarka) – Torpedo (Belarus) 4:1
Spartak (Trnava, Slovakiya) – Sepsi (Rumıniya) 0:0
Suduva (Litva) – Rakuv (Polşa) 0:0
Lokomotiv (Plovdiv, Bolqarıstan) – Slovatsko (Çexiya) 1:0
ÇSKA (Sofiya, Bolqarıstan) – Liepaya (Latviya) 0:0
Viktoriya (Plzen, Çexiya) – Dinamo (Brest, Belarus) 2:1
Laçi (Albaniya) – Universtatya Krayova (Rumıniya) 1:0
Qzira Yunayted (Malta) – Riyeka (Xorvatiya) 0:2
Dinamo (Batumi, Gürcüstan) – BATE (Belarus) 0:1
AEL (Limassol, Kipr) – Vlajniya (Albaniya) 1:0
Petrokub (Moldova) – Sivasspor (Türkiyə) 0:1
Riqa (Latviya) – Şkendiya (Şimali Makedoniya) 2:0
Apollon (Limassol, Kipr) – Jilina (Slovakiya) 1:3
Teuta (Albaniya) – İnter Klub Eskaldes (Andorra) 0:2
Arda (Bolqarıstan) – Hapoel (Beer-Şeva, İsrail) 0:2
Şkupi (Şimali Makedoniya) – Santa Klara (Portuqaliya) 0:3
Torshavn (Farer adaları) – Buduçnost (Monteneqro) 4:0
Bazel (İsveçrə) – Partizani (Albaniya) 3:0
Velej (Bosniya və Herseqovina) – AEK (Yunanıstan) 2:1
Gent (Belçika) – Valerenqa (Norveç) 4:0
Larne (Şimali İrlandiya) – Orhus (Danimarka) 2:1
Sutyeska (Monteneqro) – Makkabi (Təl-Əviv, İsrail) 0:0
Styaua (Rumıniya) – Şaxtyor (Karaqandi, Qazaxıstan) 1:0
Aberdin (Şotlandiya) – Hakken (İsveç) 5:1
Hibernian (Şotlandiya) – Santa Koloma (Andorra) 3:0
Linfild (Şimali İrlandiya) – Borats (Bosniya və Herseqovina) 4:0
Şaxtyor (Soliqorsk, Belarus) – Fola (Lüksemburq) 1:2
Hafnarfyordyor (İslandiya) – Rusenborq (Norveç) 0:2
Hayduk (Xorvatiya) – Tobol (Qazaxıstan) 2:0
Uypeşt (Macarıstan) – Vaduts (Lixtenşteyn) 2:1
Poqon (Polşa) – Osiyek (Xorvatiya) 0:0
Drita (Kosovo) – Feyenoord (Niderland) 0:0
Dandalk (İrlandiya) – Levadiya (Estoniya) 2:2
Partizan (Serbiya) – Dunayska Streda (Slovakiya) 1:0
Valyur (İslandiya) – Bodo Qlimt (Norveç) 0:3





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah