“Arsenal”da yeni müqavilə

İngiltərənin “Arsenal” klubu yarımmüdafiəçisi Emil Smit Rou ilə yeni müqavilə bağlayıb. Newsport.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
20 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmır. Amma Britaniya mətbuatı tərəflərin 5 illik müqaviləyə imza atdığını yazıb.
 
Emil “Arsenal”ın öz yetirməsidir. O, 2019-cu ildə “Leypsiq”də, ötən il isə “Haddersfild Taun”da icarədə oynayıb. London təmsilçisi Emilin yeni mövsümdə “10” nömrəli formanı geyinəcəyini də bildirib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right