“Yuventus”da ciddi itki

İtaliyanın “Yuventus” klubu ciddi itki ilə üzləşib. Newsport.az xəbər verir ki, Turin təmsilçisinin hücumçusu Paulo Dibala sıradan çıxıb.
 
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Argentinalı futbolçunun sağ ayaq əzələsində problem yaranıb.
 
Dibala “Yuventus”un şənbə günü “Çezena”ya qarşı keçirəcəyi yoxlama oyununu buraxacaq.
 
Dibalanın yaşıl meydanlara qayıdacağı vaxt məlum deyil.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right