Peresin Özillə bağlı şok sözləri yayıldı

İspaniyanın “El Confidencial” nəşri “Real”ın prezidenti Florentino Peresin gizli səs yazılarından daha bir şok açıqlamanı yayıb.

Newsport.az-ın məlumatına görə, klub rəhbəri bu dəfə “Real”ın sabiq futbolçusu Məsut Özilin  şəxsi həyatından danışıb:

“Özil 21 yaşında olarkən nişanlısı ilə birgə bura gəlib. Madrid onun həyat tərzini tez dəyişdi. Ona görə də nişanlısını geri göndərdi və Milandan olan bir model qızla tanış oldu. Hər dəqiqə şəxsi təyyarəsi ilə onun yanına eşqbazlığa gedirdi.

Özil o qıza aşiq oldu. Bir dəfə Mourinyo (“Real”ın o vaxtkı baş məşqçisi – red.) da ona əsəbləşib və deyib ki, "Axmaq, "İnter"in, "Milan"ın bütün futbolçuları, hətta məşqçilər heyəti belə həmin qızla yatıb.

Düşünürəm ki, bu səfeh həmin söhbətdən sonra o qızı tərk edib”.

Xatırladaq ki, “El Confidencial” nəşri Peresin bir neçə gizli səs yazısını yayıb. Həmin səs yazılarında klub rəhbəri Madrid klubunun bir neçə sabiq oyunçusu və baş məşqçisi Joze Mournyo haqda təhqiramiz fikirlər səslənidirib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right