Ronaldo “Yuventus”da qaldı

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo növbəti mövsümdə də Turin klubunda qalacaq.

Newsport.az xəbər verir ki, bu haqda “La Gazzetta dello Sport” nəşri məlumat yayıb. Bildirilib ki, portuqaliyalı futbolçu müqaviləsinin bitdiyi günə - 2022-ci ilin iyunun 30-na qədər bütün öhdəliyini yerinə yetirəcəyini vəd edib. O, bununla bağlı klub rəhbərliyinə məlumat verib.

Qeyd edək ki, “Yuventus” rəsmilərindən Pavel Nedved də Ronaldonun başqa komandaya keçəcəyinə dair onlara heç nə söyləmədiyini deyib.

Xatırladaq ki,  xarici mediada Ronaldonun bu yay “Yuventus”un ayrılacağlına dair xəbərlər yayılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right