Kyellini "Yuventus"u gözləyir

"Yuventus"la müqaviləsi iyunun 30-u başa çatan Corco Kyellinin klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Newsport.az "Football İtalia"ya istinadən xəbər verir ki, bu barədə İtaliya millisinin üzvünün agenti Davide Lippi məlumat verib. O, 36 yaşlı oyunçunun karyerasını başa vurmaq fikrinin olmadığını bildirib:

"Müqavilə imzalamaq üçün iki tərəfə ehtiyac var. Corco Avropa çempionatına getdi və diqqətini bu turnirə yönəltdi. "Yuventus"la problemimiz yoxdur, turnirdən dərhal sonra görüşəcəyimizi söylədik. Amma hazırda nə danışıq olub, nə də görüş. Başqa bir klubdan təklif almamışıq. "Yuventus"un danışıqlar üçün tarix təyin etməsini gözləyirik. Kyellini karyerasını başa vurmağı düşünmür.

O, uzun illərdir "Yuventus"un simvolu olub. İndiyə qədər heç kim zəng etməyib, amma təkliflər gəlsə təəccüblənmərəm, çünki o, hazırda İtaliya yığmasında azad agent olan yeganə futbolçudur".

Qeyd edək ki, Kyellini bu il İtaliya millisi ilə Avropa çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right