Messi daha 5 il “Barselona”da

“Barselona” Lionel Messi ilə yeni müqavilə bağlamaqla bağlı razılığa gəlib.

Newsport.az xəbər verir ki, bu barədə bu gün İspaniyanın və Avropanın aparıcı media qurumları məlumat yayıb. Müqavilənin 2026-cı ilin yayına, yəni 5 illik imzalanması nəzərdə tutulub. İddia edilib ki, argentinalı futbolçu maaşının 50 faiz azaldılmasına razılıq verib. O, hazırda maddi sıxıntıları olan klubun təklifini qəbul edib. Lionel hesab edir ki, bununla komanda yoldaşlarına örnək olmalıdır. Məlumata görə, pul məsələsi danışıqlarda problem yaratmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right