“Fransa öz təkəbbürü ucbatından cəzalandırıldı” Mourinyo

Portuqaliyalı mütəxəssis Joze Mourinyo Fransa millisinin “Avro-2020”dəki uğursuz çıxışına münasibət bildirib.

Newsport.az xəbər verir ki, o, dünya çempionunun Avropa çempionatının 1/8 finalında mübarizəni dayandırması haqda danışarkən deyib:

“Fransanın heç bir digər komanda ilə müqayisəyə gəlməyəcək inanılmaz potensialı var. Onlar İtaliya və İngiltərədən güclüdülər. Amma təkəbbürləri ucbatından layiqincə cəzalandırıldılar. İsveçrə ilə 1/8 final matçında biz bunu gördük. Qrizmann və Sissokonu yalnız əlavə vaxtın olmasının mümkünlüyünü düşünməyən biri əvəz edə bilərdi. Fransa uğursuzluğa görə yalnız özünü günahlandıra bilər. Çünki onlar turnirin ən yaxşı komandası idilər”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right