“Barselona” ilə müqaviləsini yeniləmədi, “Real”la razılaşdı

İspaniyanın “Real” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Newsport.az xəbər verir ki, Madrid təmsilçisi “Barselona”nın gənclər komandasında çıxış edən Xaume Xardi Poyato ilə razılıq əldə edib. 
 
Bu barədə “Marca” nəşri məlumat yayıb. “Real” ispaniyalı hücumçu ilə müqavilə imzalayacaq.
 
Xaume “Barselona” ilə müddəti bitən müqaviləsini yeniləməyib. 19 yaşlı hücumçu yeni mövsümdə “Real”ın B komandasında – “Kastilya”da çıxış edəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right