Avropa çempionatının finallarının ən sürətli qolu

İngiltərə millisinin futbolçusu Lyuk Şou Avropa çempionatının finallarının ən sürətli qolunu vurub.

Newsport.az-ın məlumatına görə, o, hazırda davam edən Avro-2020-nin finalında İtaliya ilə matçın 117-ci saniyəsində fərqlənib. Bu, Avropa çempionatı finalları tarixindəki ən sürətli qoldur.

Şou İspaniya millisinin sabiq oyunçusu Xesus Peredanın rekordunu qırıb. Pereda Avro-1964-ün finalında SSRİ-yə qarşı görüşün başlamasından 5 dəqiqə 17 saniyə sonra qol vurmuşdu.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right