Kyellini: "Uğurumuzun sirri budur"

"Millidə qalmağa qərarı verdiyim andan etibarən bu komandanın inanılmaz birliyini hiss etdim. Dərhal düşündüm ki, çox şey bacarmaq gücündəyik. Komandanın heyətində təcrübəli və perspektivli futbolçular yer alıb. Onların hər birinin öz rolu var, amma hər kəs komanda üçün çox vacibdir. Və bütün inqrediyentlərdən məharətlə istifadə edən gözəl aşbazımız var (red - baş məşqçi Roberto Mançinini nəzərdə tutur). Uğurumuzun sirri budur".

Newsport.az-ın məlumatına görə, bu sözləri İtaliya millisinin kapitanı Corcio Kyellini Avro-2020-nin finalında bu gün keçiriləcək İngiltərə ilə oyun öncəsi UEFA-nın saytına deyib.

O, son matçlarda daha yaxşı oynadığını bildirib: "Karyeramın hər anından zövq alıram. Həmişə gülümsəyirəm, bütün rəqiblərə böyük hörmətlə yanaşıram. Ancaq bu cür matçlarda həmişə belə davranmışam, xüsusən Avropa çempionatında . Həqiqətən, hər oyundan zövq almağa çalışıram".

Qeyd edək ki, İtaliya - İngiltərə görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right