Keyn: "İnanılmaz oyun idi"

İngiltərə millisinin futbolçusu Harri Keyn Avro-2020-nin yarımfinalında Danimarkaya 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, komandasının buraxılan ilk qola yaxşı reaksiya verdiyini bildirib: "İnanılmaz oyun idi. Bunun üçün Danimarkaya yalnız təşəkkür edə bilərəm. Hücum etməyə çalışdıq və matçın ən vacib məqamında hədəfimizə çatdıq. İngiltərə buraxılan qola yaxşı reaksiya göstərdi. Finalı öz stadionumuzda oynayacağıq. Bu, heyrətamiz hissdir".

27 yaşlı hücumçu yerinə yetirdiyi penalti haqda da danışıb: "Penaltini vuranda topu hara yönləndirəcəyimi əvvəlcədən bilirdim. Deyə bilərəm ki, bu mənim həyatımda ən yaxşı zərbə deyildi, amma bəzən insan yanılır. Təəssüf ki, bu gün məhz belə oldu".

Keyn finalda qarşılaşacaqları İtaliya ilə matç barədə də isə bunları deyib: "İtaliya ilə qarşılaşma çətin olacaq, amma bu günə qədər turnirdə çox yaxşıyıq. Bir oyunumuz qalıb və onu səbirsizliklə gözləyirik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right