UEFA-dan Eriksenə jest

UEFA Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksenə jest edib.

Newsport.az ESPN-ə istinadən xəbər verir ki, qurum futbolçunu Avro-2020-nin final matçına dəvət edib.

Eriksenin həyat yoldaşı, həmçinin, Finlandiya ilə qarşılaşma zamanı huşunu itirdikdə onu xilas edən həkimlər də həlledici qarşılaşmaya dəvət olunublar.

Final matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək. Həlledici görüşdə Eriksenin komandası da iştirak edə bilər. Danimarka millisi bu gün yarımfinalda İngiltərə ilə qarşılaşacaq. İlk finalçı isə İtaliyadır.
 
Xatırladaq ki, iyunun 12-də keçirilən Danimarka – Finlandiya görüşünün ilk hissəsində huşunu itirən Eriksen 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right