Tiaqo Mottanın yeni klubu

PSJ, "İnter" və "Barselona"nın sabiq futbolçusu Tiaqo Mottanın yeni klubu müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün "Tvitter" hesabında yazıb. O, 38 yaşlı mütəxəssisin  İtaliya A seriyası təmsilçisi "Spezia" ilə  razılığa gəldiyini yazıb. Tərəflərin 2024-cü ilin iyununa kimi müqavilə imzalayacağı bildirilib.

Bu, T.Mottanın ikinci baş məşqçi təcrübəsi olacaq. O, bundan əvvəl 2019-cu ilin sentyabrında "Cenoa"ya baş məşqçi təyin olunub və orada cəmi 4 ay çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right