AVRO-2020: Kriştianu Ronaldu ən yaxşıdır

UEFA hazırda davam edən Avropa çempionatının ən yaxşı futbolçularının reytinqini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, siyahı tərtib edilərkən oyunçuların meydandakı müxtəlif hərəkətləri nəzərə alınıb.

İlk pillədə mübarizəni 1/8 finalda dayandıran Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu yer alıb. İkinci sırada Çexiya yığmasının hücumçusu Patrik Şik qərarlaşıb. İlk "üçlüy"ü isə Danimarka seçməsindən Yoakim Mexle tamamlayır.

Qeyd edək ki, bu gün AVRO-2020-də yarımfinal mərhələsinə start veriləcək. İlk oyun günündə İtaliya və İspaniya, sabah isə İngiltərə və Danimarka yığmaları üz-üzə gələcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right