Mançini: "Ümid edirəm, haqlısınız"

“İspaniya Belçikadan fərqli olsa da, asan matç olmayacaq. Qarşılaşma əvvəlki oyunumuzdan çox fərqlənəcək, ancaq çətinliklər az olmayacaq. İspaniya uzun illər əsas turnirlərə hakim olub. İndi heyətləri dəyişib, komanda gəncləşib, amma yenə də bir çox möhtəşəm oyunçusu və yaxşı məşqçiləri var".

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri İtaliya millisinin baş məşqçisi Roberto Mançini Avro-2020-nin yarımfinalında İspaniya ilə oyun öncəsi deyib.

"Mətbuat İtaliyanı turnirin favoriti hesab edir? Ümid edirəm, haqlısınız, amma bu, o qədər də asan deyil. Çox yüksək səviyyədə oynamalıyıq. İspaniyanın əla komandası var. Yarımfinaldayıq. Bu mərhələdə asan matçlar tapmaq çətindir" - deyə o bildirib.

Qeyd edək ki, sabah Londonun "Uembli" stadionunda keçiriləcək İtaliya - İspaniya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right