PSJ-dən transferlər üçün inanılmaz məbləğ

PSJ-nin yay transfer pəncərəsində yeni oyunçular almaq üçün ayırdığı vəsaitin məbləği məlum olub.

Newsport.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb. Paytaxt təmsilçisnini transfer işlərinə 200 milyon avro vəsait ayırdığı qeyd olunub.

Klubun prezidenti Nasser El-Helaifi isə eyni nəşrə açıqlamasında 4 məçhur oyunçu ilə müqavilə imzaladıqlarını bildirib. Bunlardan Jorjinyo Vaynaldumla 3 illik sözləşmə bağlandığı açıqlanıb. Liqa 1 təmsilçisi "Milan"la müqaviləsi başa çatan Canluici Donnarumma, "Real"la sözləşməsi bitən Serxio Robertoya, həmçinin "İnter"in futbolçusu Əşrəf Hakimiyə də təklif göndərib.

Bildirilir ki, PSJ artıq Donnarumma ilə 5 illik müqavilə üçün razılaşıb. Fransa nəhəngi Ramosla da bütün detallar üzrə anlaşıb. Hakiminin keçidi üçün isə qarşı tərəfə 70 milyon avro təklif edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right