Riberi 40 yaşına qədər oynamaq istəyir

Hazırda klubsuz olan Fransa millisinin sabiq üzvü Frank Riberi karyerasını bitirmək fikrində deyil.

Newsport.az "Bild"ə istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi "Fiorentina"dan ayrıldıqdan sonra Almaniyaya qayıdıb. Münhendə ailəsi ilə birgə vaxt keçirən futbolçu təkliflər üzrə seçim edir.

Mənbənin məlumatına görə, "Bavariya"nın sabiq futbolçusu hələ iki il, yəni 40 yaşına qədər oynamaq istəyir. Riberi ilə bir neçə Bundesliqa klubunun maraqlandığı bildirilir.

Qeyd edək ki, 12 il "Bavariya"da çıxış edən Frank 2019-cu ildən "Fiorentina"da oynayırdı. O, ötən mövsüm İtaliya A seriyasında 29 oyuna 2 qol vurub, 6 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right