"Enrike kimi baş məşqçimiz olduğuna görə xoşbəxtik"

"Bizimlə matçda İtaliya topa sahib olmaq istəyəcək və fikrimcə, bunu edə bilərlər. Rəqibin çox yaxşı oyunçuları var. Məsələn, Jorjinyo, Verratti, İnsinye".

Newsport.az xəbər verir ki, bu sözləri İspaniya millisinin futbolçusu Serxio Busqets deyib. O, komandasının Avro-2020-dəki şansları və yarımfinalda İtaliya ilə keçirəcəkləri matç barədə danışıb:

"Yarımfinala gedən yol çox çətin idi. Son illərdə futbol çox dəyişdi, buna görə də istənilən matç çox çətinliklərə səbəb olur. Bütün komandalar son dərəcə çalışqan, təcrübəli məşqçilər heyətinə malikdir. Oyunçular isə özləri fərdi bacarıqları ilə inkişaf etdilər.

Luis Enrike bizimlə əla iş gördü. Milli komanda ilə bu cür işləyən məşqçiyə nadir hallarda rast gəlinir. Çünki adətən bu cür məşqçilər klublarla işləyirlər. Bu şansa sahib olduğumuz üçün xoşbəxtik və qürur duyuruq. Luis Enrike komanda ilə, inandığı oyunçularla birlikdə öz səviyyəsini inkişaf etdirir. Onun düşüncələri bir müddət sonra meydanda nümayiş oluna bilər".

Qeyd edək ki, sabah keçiriləcək İtaliya - İspaniya matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right