“Daha az səhv edən komanda qalib olacaq” Mançini

İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini AÇ-2020-nin 1/4 final mərhələsində Belçika yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib. Newsport.az xəbər verir ki, Mançini, oyunun çətin keçəcəyini deyib:
 
“Belçikaya qarşı öz oyunumuzu oynayacağıq. Rəqibimizin nə qədər yaxşı komanda olduğunu bilirik. Belçika millisi dünyanın ən yaxşı komandalarından biridir. Ancaq turnirdə gördük ki, hər oyun çətin keçir və rahat qazanılan oyun yoxdur.
 
Güclü bir komanda ilə qarşılaşacağıq. Necə olacağını görəcəyik. Oyun istədiyimiz kimi getməsə, planlarımızda dəyişiklik edə bilərik.
 
Yaxşı bir oyun bizi gözləyir, buna şübhəm yoxdur. Daha az səhv edən komanda qalib olacaq”.
 
Bu gün keçiriləcək Belçika – İtaliya matçı saat 23:00-da start götürəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right