“İtalyan ruhu sayəsində yarımfinala çıxa bilərik”

İtaliya millisinin futbolçusu Çiro İmmobile Avro-2020-nin 1/4 finalında Belçika ilə keçirəcəkləri oyun haqqında fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, o, rəqibin güclü heyətə və təcrübəyə sahib olduğunu vurğulayıb:

"Belçika millisi FİFA reytinqində birinci yeri tutur. Heyətində möhtəşəm oyunçular var. Onların böyük potensialı olduğunu bilirik. Diqqətli davranmalıyıq və eyni zamanda stabil oynamağa çalışmalıyıq. Bəlkə də Belçika millisi bizdən daha təcrübəlidir. Amma biz coşquluyuq. İtalyan ruhu sayəsində yarımfinala çıxa bilərik”.

Qeyd edək ki, iyulun 2-də keçiriləcək Belçika - İtaliya matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right