2021/2022 mövsümünün "El-Klassiko"larının vaxtı açıqlandı

Yeni mövsüm La Liqada keçiriləcək "El-Klassiko"ların vaxtı açıqlanıb.

Newsport.az xəbər verir ki, bu barədə "Barselona"nın "Tvitter" səhifəsi məlumat yayıb. "Real"la Kataloniya klubu arasında ilk görüş 10-cu tura təsadüf edəcək. Oktyabrın 24-ü keçiriləcək görüş "Kamp Nou"da oynanılacaq. "Santyaqo Bernabeu"dakı cavab qarşılaşması isə 29-cu turda 2022-ci il martın 20-də olacaq.

Qeyd edək ki, La Liqada 2021/2022 mövsümünün avqustun 15-i başlaması planlaşdırılır. "Real" ilk turda "Alaves"lə, "Barselona" isə "Real Sosyedad"la qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right