"Fiorentina"da yeni baş məşqçi

"Fiorentina"nın yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Cennaro Qattuzonun istefa verməsindən sonra boş qalmış bu vəzifəyə Vinçenzo İtalyano təyin olunub. Onunla 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, V.İtalyano son olaraq "Spezia"nı çalışdırıb.

Xatırladaq ki, "Fiorentina" ötən mövsüm İtaliya A seriyasını 13-cü, "Spezia" isə 15-ci pillədə tamamlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right