La Liqa klubunda yeni müqavilə

İspaniyanın “Selta” klubu qapıçısı İvan Vilyar ilə yeni müqavilə bağlayıb. Newsport.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
23 yaşlı qolkiper 3 illik yeni sözləşməyə imza atıb. Əvvəlki müqavilənin müddəti bu yaya qədər idi.
 
İvan Vilyar “Selta”nın öz yetirməsidir. İspaniyalı qolkiper 2017-ci ildən əsas komandanın da heyətində meydana çıxır. Geridə qalan mövsümdə 23 matça çıxan qapıçı, 35 qol buraxıb. O, 2018-ci ildə “Levante”də icarədə də oynayıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right