Ukrayna 1/4 finalda Yenilənib

Bu gün Avro-2020-də 1/8 final mərhələsinə yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, 4-cü oyun gününə nəzərdə tutulan 2 matçdan biri başa çatıb.

İngiltərə "Uembli"də Almaniya ilə üz-üzə gəlib. İngilislər 2:0 hesablı qələbə ilə 1/4 finala yüksəlib. Almaniya isə turnirlə vidalaşıb. Bununla da "ölüm qrupu" sayılan F qrupunun pley-offa yüksələn hər üç iştirakçısı - Fransa, Portuqaliya və Almaniya 1/4 finala çıxa bilməyərək yarışda mübarizəni dayandırıb.
 
Günün son matçında isə İsveç Ukrayna ilə qarşılaşır. Bu cütün qalibi 1/4 finalda İngiltərə ilə üz-üzə gələcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin daha 3 görüşünün tərkibi belədir: İsveçrə - İspaniya, Belçika - İtaliya, Çexiya - Danimarka.

29 iyun

Avro-2020, 1/8 final mərhələsi

23:00. İsveç - Ukrayna - 1:2
Qollar:
 Zinçenko, 27 (0:1), Forsberq, 43 (1:1), Dovbik, 120+1
Baş hakim: Daniele Orsato
Qlazqo. "Hempden Park" stadionu

20:00. İngiltərə - Almaniya - 2:0
Qollar:
 Sterlinq, 75, Keyn, 86
Baş hakim. Denni Makkeli (Niderland)
London. "Uembli" stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right