“İnter”də 2 yeni müqavilə

İtaliyanın “İnter” klubu iki futbolçusu – Andrea Ranokkiya və Danilo D’Ambrozio ilə müqaviləni yeniləyib.
 
Newsport.az xəbər verir ki, hər iki futbolçu ilə yeni sözləşmənin müddəti 2022-ci ilin yayına qədər nəzərdə tutulub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Ranokkiya ötən mövsüm A Seriyasında 8, Danilo isə 19 oyuna çıxıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right